Ukrayna pilotsuz uçuş aparatları (PUA) ilə Rusiya ərazisindəki neft bazasını vurub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.

Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən qatar gəlib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi əraziyə PUA hücumu barədə məlumat yaymış və texnikaların vurulduğunu bildirmişdi.