Ukrayna ərazisinin təxminən 30%-i və ya 174 min kvadrat kilometri minalarla çirklənib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, Ukrayna ərazisinin üçdə biri, o cümlədən ölkənin akvatoriyası minalanıb. Bildirilib ki, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan indiyədək mina və partlayıcı maddələrdən 498 nəfər xəsarət alıb, 242 nəfər ölüb.

Bu dövrdə mütəxəssislər piyada əleyhinə minalar və kaset sursatları da daxil olmaqla 427 min partlayıcı obyekti zərərsizləşdiriblər.

 

Gözəl Həşimova