Türkiyənin zəlzələlərə qarşı ən etibarlı şəhərləri məlum olub.

İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, türk alimlər Türkiyənin təbii fəlakətlərdən uzaq olan şəhərlərini müəyyən ediblər.

Araşdırmaya görə, dağıdıcı zəlzələlər baxımından Türkiyənin ən təhlükəsiz şəhərlərinə Kırklareli, Zonguldak, Kastamonu, Sinop, Samsun, Giresun, Ordu, Trabzon, Rize, Artvin, Mardin, Siirt, Batman, Şanlıurfa, Mersin, Antalya, Konya, Karaman, Niğde, Nevşehir və Ankara daxildir.

Qeyd edək ki, Türkiyədə 2023-cü ilin fevralından bəri 33 mindən çox zəlzələ qeydə alınıb.

Gülşən Şərif