Türkiyədəki prezident və parlament seçkilərində cəmi 64 milyon 113 min 941 seçicinin səsvermə hüququ olacaq.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener bildirib. Seçkilərdə ilk dəfə səs verəcək seçicilərin sayı 4 milyon 904 min 672 nəfərdir.

Qeyd edək ki, Türkiyədə seçkilər 14 mayda keçiriləcək.