Türkiyənin Yozqat vilayətində terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 5 İraq vətəndaşı şübhəli bilinərək saxlanılıb. 

İqtisadiyyat.az xəbər verir ki, həmin şəxslər artıq həbs edilib.

Yozgat Respublika Baş Prokurorluğu tərəfindən aparılan araşdırmalar çərçivəsində Bölgə Jandarma Komandanlığı qrupları tərəfindən həyata keçirilən əməliyyatda İŞİD terror təşkilatı üzvü olduqları müəyyən edilən İraq vətəndaşı olan 5 şübhəli saxlanılıb.

Jandarmdakı əməliyyatların ardından ədliyyə orqanlarına sövq edilən şübhəlilər hakimlərin qərarı ilə həbs edilib.