Türkiyənin İzmir vilayətinin Dikili və Menderes rayonları sahillərində 150 immiqrant saxlanılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sahil Təhlükəsizlik Komandanlığı məlumat yayıb. 

Məlumata görə, Dikili və Menderes rayonları sahillərində Sahil Mühafizəsi qrupları rezin qayıqlarda hərəkət edən nizamsız miqrantları aşkar edib.

Bölgəyə sövq edilmiş Sahil Mühafizəsi qrupları 150 nizamsız immiqrant aşkar edib və onları saxlayıb.