Türkiyə dağıdıcı zəlzələnin baş verdiyi Mərakeşə yardım etməyə hazırdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.

“Dost və qardaş Mərakeş xalqına və hökumətinə başsağlığı verir, ölənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik. Türkiyə hər zaman olduğu kimi yaraların sağalması üçün hər cür dəstəyi göstərməyə hazırdır”, - bəyanatda bildirilir.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mərakeşdə baş verən təbii fəlakətlə bağlı başsağlığı verib.