Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-legitim erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma seçkilərlə bağlı bəyanat yayıb.

İqtisadiyyat.az sözügedən bəyanatı təqdim edir:

"Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni qüvvələrinin nəzarətində olan torpaqlarda keçirilən "seçkilər" regionda beynəlxalq hüquqa zidd olan mövcud vəziyyəti birtərəfli qaydada legitimləşdirmək cəhdlərinin yeni təzahürüdür. Bu addım beynəlxalq hüququn, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT-in prinsiplərinin açıq şəkildə pozulmasıdır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etdirilməsinə çalışıldığı bir vaxtda keçirilən "seçkilər"i sülh danışıqlarına xələl gətirmək cəhdi kimi qəbul edir və pisləyirik.

Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını təşkil edən bu qeyri-legitim seçkini tanımır. Biz BMT və beynəlxalq ictimaiyyəti bu "seçkiləri" tanımamağa çağırırıq.

Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesini dəstəkləyir və ən qısa zamanda daimi sülh sazişinin imzalanmasının regionun sülh və sabitliyinə böyük töhfə verəcəyinə inanır".