Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot arasında görüş olub.

İqtisadiyyat.az xəbər verir ki, görüş Nyu-Yorkda yerləşən Türk Evində baş tutub.

Görüşdə ikitərəfli əlaqələr, NATO-nun genişlənməsi, Ukraynadakı son hadisələr və Qurani-Kərimə hücumlar müzakirə edilib.