Türkiyə Rusiyadan tədarük olunan qazın dəyərinin dörddə bir həcmində endirimini istəyə bilər. Əgər Moskva bundan imtina edərsə, Ankara ödənişlərin 2024-cü ilə qədər təxirə salınmasını istəyəcək.

Bloomberg yüksək rütbəli türk rəsmilərinə istinadən xəbər verir ki, Türkiyə bu həftə Ankarada Rusiya nümayəndə heyəti ilə qaz qiymətlərində 25%-dən çox endirim əldə etmək üçün danışıqlar aparacaq .

Bildirilir ki, Ankara 2023-cü ildə ödənişlərdə və 2022-ci ildə tədarük edilən qazın bir hissəsində endirim əldə etməyi gözləyir və bu halda endirim retrospektiv qaydada tətbiq olunacaq.

Qeyd edək ki, ötən il Türkiyənin qaz idxalının yarısını Rusiya təmin edib ki, bu da ildə 59 milyard kubmetr təşkil edir.