Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-ci “G20” Liderlər Zirvə toplantısında iştirak etmək üçün bu gün Hindistana gedir.

Bu barədə İqtisadiyyat.az "TRT Haber"ə istinadən xəbər verir.

Məlumata görə, Ərdoğan sentyabrın 8-dən 10-dək Hindistanda səfərdə olacaq. “G20”  Liderlər Sammitində prioritet məsələ Rusiya-Ukrayna müharibəsi olacaq. Eyni zamanda, Sammitdə dünyanın üzləşdiyi risklər, xüsusilə də qlobal enerji və qida mövzuları müzakirə olunacaq.

“G20” liderləri sammitdə “Bir dünya, bir ailə, bir gələcək” mövzusu altında keçiriləcək üç sessiyada fikir mübadiləsi aparacaqlar. Sammitdə Ərdoğan bir çox dünya lideri ilə üz-üzə görüşəcək.

 

Gözəl Həşimova