Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalında "Pence Kilit" əməliyyatı bölgəsində müəyyən edilən 10 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial media hesabında açıqlama yayıb.

Bəyanatda qeyd edilib:

"Qəhrəman Türk Silahlı Qüvvələrimiz "polad caynaqları" ilə terror yuvalarını məhv etməyə davam edir. İraqın şimalında "Pence Kilit" əməliyyatı bölgəsində müəyyən edilən 10 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Soylu millətimizi terror bəlasından qurtarmaq üçün böyük əzmlə mübarizəmizi davam etdiririk".