"Prezident seçilsəm, and içməzdən əvvəl Ukraynada müharibəni dayandıracağam".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri ABŞ-nin eks-prezidenti, prezidentliyə namizəd Donald Tramp Nyu-Hempşirdə çıxışında deyib.

“Oval kabinetə daxil olmazdan əvvəl Rusiya və Ukrayna arasındakı dəhşətli müharibəni dayandıracağam. Bu münaqişəni yoluna qoyacağam. Putini və Zelenskini də yaxşı tanıyıram. Bu münaqişəni dayandırmaq lazımdır. Qətiyyətimiz sayəsində sülhü təmin edəcəyik”, - deyə Tramp bildirib.