Ən yüksək dövlət vəzifəsinə yenidən seçiləcəyim təqdirdə müharibəni qızışdıranları Amerika hökumətindən uzaqlaşdıracağıma söz verirəm.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Texas ştatının Dallas şəhərində Milli Tüfəng Assosiasiyasının illik qurultayında deyib.

"Biz bütün müharibə qızışdıranları hökumətimizdən uzaqlaşdıracağıq. Qərəzli medianın kökünü kəsəcəyik və ölkəmizi tiranlardan və bədxahlardan birdəfəlik azad edəcəyik", - Tramp qeyd edib. 

O əlavə edib ki, o, ABŞ-nin hazırda "yolunu azmış" ölkə olduğuna inanır: "Bəlkə də ən əsası, biz artıq dünya səhnəsində heyran olunmayan, hörmət edilməyən və dinlənilməyən bir ölkəyə çevrilmişik".