ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz ilə telefonla danışıb.

Telefon danışığı zamanı, qlobal enerji bazarlarındakı proseslər və regional mövzular müzakirə edilib.

Tramp-Salman danışığına dair Ağ Evdən açıqlama verilib. 

Açıqlamada, "Prezident Tramp ilə Kral Salman, koronavirus pandemiyası ilə mübarizədəki müsbət irəliləyişləri və qlobal iqtisadiyyatların yenidən canlandırılmasını  müzakirə ediblər. İki lider, qlobal enerji bazarlarındakı sabitliyin əhəmiyyəti mövzusunda da həmfikir olublar", -bildirilir.

ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı hərbi əməkdaşlığa toxunan liderlər, regional məsələləri də müzakirə ediblər. 

Brent neft  cümə günü 30,97 dollardan bağlanıb.