"Biz Amerika üçün heç kimin etmədiyi kimi mübarizə aparacağıq və bu il son döyüş ilimiz olacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Donald Tramp bazar günü Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Biz tənəzzülə uğramış, inamını, iradəsini və gücünü itirmiş bir ölkəyik. Biz sadəcə olaraq yolunu azmış bir ölkəyik"- deyə ABŞ-nin keçmiş lideri deyib.

Məlumat üçün qeyd edək ki, sabah Nyu-Hempşir ştatında Respublikaçıların praymerizləri keçiriləcək və Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda mübarizədə Tramp əsas rəqibidir.

 

Əli Ağayev