Ötən gün Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında minaya düşən Həsənov Zaməddin Qəzənfər oğlunun hər iki ayağı amputasiya edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1986-cı il təvəllüdlü Həsənov Zaməddin Qəzənfər oğlu xəsarət alıb. Xəsarət alan şəxsin hər iki ayağı amputasiya edilib.