Tekirdağ vilayətinin Muratlı rayonunda aparılan kəşfiyyat-qazma işləri nəticəsində ərazidə təbii qaz yatağı aşkarlanıb. Yatağın ehtiyatı 286 milyard kubmetrdir.

Bildirilir ki, kəşfiyyat-qazma işlərini Norveçin “Equinor” və Kanadanın “Valeura” şirkətləri həyata keçirib. İlkin hesablamaya görə, yataqda Türkiyənin 5 illik təbii qaz tələbatını ödəyəcək qədər “mavi yanacaq” ehtiyatı var.

Məlumatı “Anadolu” yayıb.