"Taliban" nümayəndələri Əfqanıstanla bağlı danışıqlar aparmaq üçün Kazana gedib.

Bu barədə İqtisadiyyat.az "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, "Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakin Rusiya ilə danışıqlar aparacaq.

"Taliban" Əfqanıstandakı vəziyyəti, regional təhlükəsizlik və ölkənin münaqişədən sonrakı bərpasını müzakirə etmək istəyir.

 

Gözəl Həşimova