Gəncə Şəhər Birləşmiş Xəstəxanasının elan etdiyi tenderin nəticələri açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanası "Maşın, avadanlıq və aksesuarların satın alınması" tenderinin nəticələrini elan edib.

Tenderin qalibi "TAKT-1" MMC olub. Şirkətlə 488.305,5 manat məbləğində müqavilə imzalanıb.

Tenderdə iştirak haqqı 350 manat, predmeti isə maşın, avadanlıq və aksesuarların satın alınmasıdır. 

Satınalan təşkilatın VÖEN-i: 2300213451

Satınalan təşkilatın ünvanı: Gəncə şəhəri, Nizami prospekti 412

Ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://etender.gov.az/main/competition/detail/294149

Qeyd edək ki, müsabiqədə iştirak, qiymətləndirilmə və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılıb. 

Gülşən Şərif