"Son 10 ildə Tacikistana 10 milyard dollardan çox xarici investisiya cəlb olunub ki, bunun da təxminən 4 milyard dolları birbaşadır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Tacikistan prezidenti Emoməli Rəhmon “Düşənbə-2023” Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 82 dövlət ümumi dəyəri təxminən 4,3 milyard dollar olan investisiya layihələri həyata keçirilir.

 

Gözəl Həşimova