"Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto yanvarın 29-da Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba və prezident aparatının rəhbəri Andriy Yermak ilə görüşəcək. Danışıqlar Ujqorodda (Ukraynanın Transkarpat vilayəti) baş tutacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijarto bildirib.

"Bir həftə yarımdan sonra baş tutacaq görüşə ukraynalılar güclü nümayəndə heyəti göndərəcək, çünki orada mənim həmkarım, xarici işlər naziri Dmitri Kuleba da iştirak edəcək. Ümid edirəm ki, bu görüşdə biz ən mühüm ikitərəfli məsələləri, xüsusən də Zakarpatyadakı Macarıstan milli icmasının hüquqları ilə bağlı məsələləri uğurla müzakirə edə biləcəyik", - diplomat qeyd edib.