“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidenti “AzerFloat” QSC-nin şüşə lövhələr istehsalı zavodunda tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.

12 hektar ərazidə yerləşən zavod Azərbaycanda termoformalaşdırılmış şüşə lövhələr istehsalı üzrə ilk müəssisə olacaq.

Zavodun 2020-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.

İstehsal olunacaq məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

( Azertac )