Sumqayıtda zəncirvari qəza baş verib, xəsarət alanlar var.

İqtisadiyyat.az Report.az-a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.

"Range Rover" və "Chevrolet" markalı avtomobillər toqquşaraq, öz yolu ilə hərəkət edən mikroavtobusu da hərəkət zolağından çıxarıb.

Hadisə nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb. Sürücülərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt araşdırılır.