Sumqayıt şəhər sakininin 3 barmağı amputasiya olunub. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində yerləşən müəssisələrin birində qeydə alınıb. 

Belə ki, 1967-ci il təvəllüdlü Nadirova Ətir Savalan qızı 20-ci məhəllədə yerləşən müəssisələrin birində  pambıq təmizləyərkən ehtiyatsızlıq nəticəsində əli dəzgahda qalıb. 

O, xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

Qadının 3 barmağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.