Sumqayıt şəhərində 39 yaşlı kişi intihara cəhd edib. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzri yaşayış massivində qeydə alınıb. 

Belə ki, Bakı şəhəri, Suraxanı rayon sakini 1984-cü il təvəllüdlü Muradov Teyyub Çingiz oğlu qol və qarın nahiyyələrini kəsərək özünə xəsarətlər yetirib. 

O, intihara cəhd edərkən sərxoş vəziyyətdə olub. 

Hadisənin səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.