Yanvar 18-də saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırovun kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.

Bu barədə İqtisadiyyat.az-a Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.