Sumqayıtın 17-ci mikrorayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində baş verib.

Yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Dəmirova Alidə Allahverdi qızını Honda markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt araşdırılır.