Sumqayıtda 30 yaşlı qadın itkin düşüb. 

İqtisadiyyat.az xəbər verir ki, hadisə Bulvar küçəsi, Mirvari City yaşayış kompleksində qeydə alınıb. 

Belə ki, yanvarın 3-də saat 19 radələrində 1994-cü il təvəllüdlü Mirzəzadə Arzu Vaqif qızı yaşadığı mənzildən şəxsiyyət vəsiqəsini də götürərək gedib. 

Yaxınları Arzu Mirzəzadəni axtarır.

Onun evli olduğu bildirilir.