"Cari il ərzində də Azərbaycan prokurorluğunun müasir dövrün tələblərinə uyğun fəaliyyətinin təşkili baxımından kadr korpusunun yenilənməsi və komplektləşdirilməsi ən mühüm istiqamətlərdən birini təşkil etmişdir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bildirib. 

"Prokurorluq orqanlarında mövcud vakant ştat vahidləri nəzərə alınmaqla yüksək nəzəri biliklərə, geniş dünyagörüşünə, xarici dil biliklərinə və sağlam mənəviyyata malik 52 gənc hüquqşünas bu ilin yanvar ayında sayca 25-ci müsabiqənin nəticələri üzrə qulluğa qəbul edilmişdir. Xüsusi qeyd edilməlidir ki, 2020-ci ildən bəri keçirilən müsabiqələr üzrə uğur qazanmış namizədlərdən 21-i Vətən müharibəsinin iştirakçısı olmaqla prokurorluq orqanlarında şərəfli xidmətlərini davam etdirir", - Baş prokuror əlavə edib.