01 oktyabr – 31 oktyabr 2024-cü il tarixləri arasında “İstehlakçı hüquqları” mövzusunda fotomüsabiqə keçirilir. 

İqtisadiyyat.az xəbər verir ki, müsabiqə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təşkil olunur. 

“İstehlakçı hüquqları” mövzusunda keçirilən müsabiqə şikayət məzmunlu deyil. Burada siz qeyd edilən mövzu barədə yalnız yaradıcı fotolar çəkib göndərməlisiniz.

Müsabiqənin şərtlərini təqdim edirik:

Market və ya ictimai iaşə obyektlərində, gəzinti yaxud istirahət zamanı, həmçinin iş prosesində çəkdiyiniz fotoları postun altındakı rəy bölməsinə yerləşdirmək.
Fotonu göstərilən tarixədək musabiqe@competition.gov.az email ünvanına göndərmək (bir nəfər yalnız bir foto və yaxud foto kollaj təqdim edə bilər).
Fotonu email ilə göndərərkən ad, soyad, yaş, əlaqə nömrəsi və facebook profilinin linkini dəqiq qeyd etmək lazımdır.
Müsabiqədə kreativ foto müəlliflərinin seçiminə üstünlük veriləcək. 

Müsabiqə iştirakçıları üçün tələblər:

İştirakçı həqiqi facebook profilindən müsabiqəyə qoşulmalıdır;
Bir nəfər yalnız bir foto (və ya kollaj formasında) təqdim etməlidir;
Foto postun altındakı rəy bölməsinə yüklənərkən #istehlakçıyamhüququmvar həştəqi ilə əlavə olunmalıdır;
Müəllif hüququnu pozan fotoların müsabiqəyə təqdim edilməsinə yol verilmir. 

Qalibin müəyyən edilməsi:

Təqdim olunan fotolar müsabiqə üçün təyin edilmiş münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. 
Münsiflər heyəti tərəfindən seçilmiş qaliblərə Dövlət Xidmət tərəfindən sertifikatlar təqdim olunacaq. 

Qeyd edək ki, istehlakçı hüquqları barədə şikayətinizi isə Dövlət Xidmətinin rəsmi internet saytında (www.competition.gov.az) “Müraciət” bölməsinin “Ərizə, şikayət, təklif” alt bölməsinə göndərmiyiniz tövsiyə olunur.