"Almaniya və beş Mərkəzi Asiya ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri oxşar formatda növbəti görüşün keçirilməsinə razılıq veriblər".

İqtisadiyyat.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz bildirib.

O, Mərkəzi Asiyanın beş dövlətinin liderlərinin Berlinə səfərini xüsusi hadisə adlandırıb: "Biz 30 illik münasibət üzərində yeni əlaqələr qururuq. Və biz bu formatda yenidən görüşəcəyimizə dair razılığa gəldik".

Görüşün yekunları üzrə qəbul edilmiş birgə bəyanatda vurğulanır: "Dövlət və hökumət başçıları təmasları daha da inkişaf etdirmək barədə razılığa gəliblər və Mərkəzi Asiya dövlət başçılarının və Almaniya Federativ Respublikasının kanslerinin növbəti görüşünün  2024-cü ildə Mərkəzi Asiyada keçirilməsi təklifini alqışlayıblar".

Qeyd edək ki, Şolts cümə günü Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərini qəbul edib. Danışıqlarda regional əməkdaşlığın gücləndirilməsi və digər məsələlər diqqət mərkəzində olub.