Niderlandın Vlissingen limanında banan yüklərinin arasında gizlədilmiş 1 ton 279 kiloqram kokain ələ keçirilib. Rotterdam Prokurorluğundan verilən açıqlamada bildirilir ki, Ekvadordan Antverpenə, oradan da Vlissingen limanına gələn gəmidə təhlükəsizlik qüvvələri axtarış aparıb və ümumi çəkisi 1 ton 279 kiloqram kokain aşkar edilərək müsadirə olunub.