"Azərbaycanın Ermənistan işğalından azad edilmiş Sırxavənd kəndində yeni kütləvi məzarlıqlar aşkarlanıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev "X" hesabındakı paylaşımında qeyd edib.

PA rəsmisi əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı 30 illik hərbi təcavüzünün ən ağır nəticələrindən biri itkin düşmüş insanların taleyidir:

"Ermənistan tərəfindən əsir götürülmüş 4000-dən çox azərbaycanlı işgəncələrə məruz qalaraq konsentrasiya düşərgələrində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılmışdır. Bu günə qədər Ermənistan bu cinayətlərə görə məsuliyyət daşıyan bir nəfəri belə cəzalandırmayıb. Əksinə, onlar təqdir edilərək mükafatlandırılıblar. Ermənistan kütləvi məzarlıqların yerləşdiyi yerlər barədə məlumatları və tarixləri gizlədir.

Ermənistan keçid ədalətinə və münaqişədən sonrakı barışığa sadiqliyini nümayiş etdirməli, bütün bu cinayətlərə görə dövlət məsuliyyətini qəbul etməli və bütün müharibə cinayətkarlarını lazımi şəkildə araşdıraraq cəzalandırmalıdır".