Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətə Azərbaycanla sülh müqaviləsi layihəsi ilə tanış olmağa qadağa qoyduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən sizə sənədlə tanış olmaq imkanı verdim, bundan sonra cəmiyyətimizə nağıllar danışmağa başladınız. Sizə bu imkanı verməyi qadağan etdim və düzgün etdim”,- deyə Paşinyan bildirib. 

Baş nazir həmçinin rəsmi Bakı ilə razılaşmanın mətnini diplomatik etika səbəbindən dərc etməkdən imtina edib. Onun sözlərinə görə, hazırlanmaqda olan sənəd sülh müqaviləsinin icra prosesini monitorinq etmək üçün Ermənistan-Azərbaycan komissiyasının yaradılmasını, diplomatik əlaqələrin qurulmasını və ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutur.