Şirvan sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Elşən İslamov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 20:33

Şirvan sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan İqtisadiyyat.az-a verilən məlumata görə, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y.Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.