Danimarkada aparılan araşdırmalara görə, siqaret psixi sağlamlığı pozur.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, araşdırma zamanı 350 min insanın genetik məlumatları təhlil edilib.

Məlumata görə, araşdırmada iştirak edən insanların 90%-i 20 yaşından əvvəl siqaret çəkməyə başlayıb və onlar 30 yaşdan sonra psixi pozğunluqlar səbəbilə müalicə alıblar. Bildirilib ki, siqaret ruhi xəstəlik riskini 250% artırır.

Eyni zamanda, tədqiqatçılar siqaretin depressiya və bipolyar pozğunluğa səbəb olduğuna diqqət çəkiblər.

 

Gözəl Həşimova