Ötən ilin 11 ayı ərzində Şimali Qafqaz regionlarına turist axını 55% artaraq 2,5 milyon nəfəri ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Şimali Qafqaz Federal Dairəsində turizm sənayesinin inkişafına dair müşavirədə bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində Şimali Qafqaz Federal Dairəsində 2,5 milyondan çox insan istirahət edib.

Bildirilib ki, Şimali Qafqaza turist səfərlərinin sayının artımında müsbət tendensiya ötən il də davam edir.

 

Gözəl Həşimova