Şimali Koreyada iki yeniyetmə qadağan olunmuş seriala baxdıqlarına görə məsuliyyətə cəlb olunub. 

Bu barədə İqtisadiyyat.az "Francetvinfo"ya istinadən xəbər verir. 

Belə ki, iki yeniyetmə Şimali Koreya hökuməti tərəfindən rəsmən qadağan olunmuş Cənubi Koreya seriallarına baxdıqlarına görə on iki il məcburi əmək cəzasına məhkum ediliblər. 

Məlumat üçün qeyd edək ki, Şimali Koreyada Qərb üslubunda geyinmək, saçların rənglənməsi və xaricdə istehsal olunan musiqi və filmlər tamamilə qadağandır.

Xatırladaq ki, 2020-ci ildən Kim Çen In “mürtəce mədəniyyət” ilə mübarizə aparmaq üçün qaydaları sərtləşdirib.

 

Əli Ağayev