Pxenyanın Vaşinqtondan güzəşt almaq ümidi ilə həbsi təxirə salacağını gözləyən bəzi müşahidəçiləri təəccübləndirib. Belə ki, rəsmi Pxenyan iki ay əvvəl ölkə sərhədini keçən amerikalı əsgəri həbs edəcək.

İqtisadiyyat.az xəbər verir ki, artıq Şimali Koreya səlahiyyətliləri həmin əsgərin sorğu-sual prosesini başa çatdırıblar.

Qeyd edək ki, Cənubi Koreyada xidmət edən Kinq adlı ABŞ əsgəri iyulun 18-də Şimali Koreya ərazisinə daxil olub.