Koreya Xalq Demokratik Respublikası (KXDR) ABŞ-nin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasında (TŞ) Pxenyanın hipersəs idarə olunan döyüş başlığına malik bərk yanacaqla işləyən orta mənzilli ballistik raket sınaqlarının müzakirəsini pisləyib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

"KXDR-in bu sınaq buraxılışı müdafiə elmi sahəsində müntəzəm inkişaf və tədqiqat işlərinin həlqələrindən biridir, ona görə də ətraf ölkələrin təhlükəsizliyinə heç bir təsir göstərməyib. Buna baxmayaraq, Birləşmiş Ştatlar suveren dövlətin gündəlik qanuni fəaliyyətinin miqyasını şübhə altına alaraq, bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb, üstəlik, ABŞ yenidən zərbə qrupu yerləşdirib. Həmçinin Koreya yarımadası ərazisindəki sulara nüvə mühərrikli təyyarədaşıyan gəmisinin rəhbərliyi altında və onun peykləri ilə birlikdə təxribat xarakterli və təhdid xarakterli birgə hərbi təlimlər keçirib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, KCNA-nın məlumatına görə, yanvarın 14-də Pxenyan hipersəs idarə olunan döyüş başlığına malik bərk yanacaqla işləyən orta mənzilli ballistik raketi uğurla sınaqdan keçirib. Yaponiyanın "Sankei" qəzeti Seuldakı hərbi mənbələrə istinadən xəbər verib ki, hipersəs döyüş başlığı uçuşun bir nöqtəsində səs sürətini 10 dəfədən çox ötüb və onu işə salmaq üçün istifadə olunan daşıyıcı raket potensial olaraq Quam adasına çata bilib. Burada isə ABŞ hərbi bazaları yerləşir.

Buna cavab olaraq Koreya Respublikası, ABŞ və Yaponiyanın hərbi-dəniz qüvvələri KXDR-dən gələn raket təhlükəsi ilə mübarizə praktikası üçün Çeju adasının cənubundakı sularda Amerikanın nüvə mühərrikli aviadaşıyıcısının iştirakı ilə birgə təlimlər keçirib.