Sabirabad rayon sakinlərindən qanunsuz odlu silahlar götürülüb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində 15 rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.