Romada hakimlər heyəti Rusiyaya casusluqda ittiham olunan italiyalı hərbçi Valter Biotu 20 il müddətinə azadlıqdan məhrum edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, ittiham tərəfi Biotun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. ANSA qeyd edib ki, bu, hərbçi barəsində çıxarılan ikinci hökmdür. 

Bundan əvvəl, 2023-cü ilin martında Romadakı hərbi tribunal onu təqsirli bilib və 30 il həbs cəzasına məhkum edib, lakin sonradan apellyasiya prosesi başlalayıb.