Hərbi Gürcüstan yolunda 1500-dən çox ağır yük maşını Rusiyanı tərk etmək üçün növbəyə yığılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS-a Şimali Osetiya üzrə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, növbədə 1500-dən çox ağır yük maşını, eləcə də 500-dən çox avtomobil var.

Eyni zamanda, keçid məntəqəsinin bilavasitə yaxınlığında 200-ə yaxın avtomobil var. Bildirilib ki, hava şəraiti ilə əlaqədar olaraq yol ağır yük maşınlarının hərəkəti üçün bağlanıb.

 

Gözəl Həşimova