Rusiyada son bir həftədə COVİD-ə yoluxma halları 48%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 20,6% artıb. Bu barədə jurnalistlərə infeksiyaya qarşı mübarizə üzrə federal operativ qərargahdan məlumat verilib.

İqtisadiyyat.az Tass-a istinadən bildirir ki, 42 regionda xəstəxanaya yerləşdirilənlər, 70 regionda isə xəstələnmə halları çoxalıb.

Qərargahın məlumatına görə, həftə ərzində 7280 nəfər sağalıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 61,5% çoxdur, bu müddət ərzində 14 nəfər dünyasını dəyişib.

Ümumilikdə, Rusiyada pandemiyanın başlanğıcından indiyədək 23 014 969 yoluxma, 22 458 308 sağalma halı müəyyən edilib, 400 023 nəfər ölüb.