Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrel yenidən Rusiyanı ittiham edib. 

İqtisadiyyat.az xəbər verir ki, C.Borrel Rusiyanın növbəti dəfə qonşu ölkələrə hakim olmaq üçün neoimperialist cəhdləri ilə şantaj və təcavüzə əl atdığını vurğulayıb: “Biz Rusiyanın bu cür davranışlarına və qanunsuz hərəkətlərinə dözə bilmərik. Rusiya BMT Nizamnaməsinə və beynəlxalq nizam-intizama hörmət etməlidir".  

Rusiya-Ukrayna müharibəsinə də toxunan Borrel Ukraynaya dəstəyin davam etdiriləcəyini bildirib: "Avropa İttifaqı (Aİ) Kremlin bu müharibəni maliyyələşdirmək imkanlarını azaltmaq üçün hər cür səy göstərir. Məhz buna görə də Aİ bu mühüm məsələdə birlik nümayiş etdirərək Rusiyaya qarşı 11 sanksiya paketi qəbul edib", - deyə avropalı diplomat qeyd edib.

 

Gözəl Həşimova