"Bu təlimlər NATO-nun Soyuq Müharibə dövründəki təhlükəsizlik sxemlərinə yekun və geridönməz qayıdışı deməkdir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko "RİA Novosti" agentliyinə müsahibəsində NATO-nun qarşıdan gələn "Stadfast Defender 2024" təlimini şərh edərkən bildirib.

"90,000 personalın və 31 ölkənin iştirakı ilə bu miqyasda təlim NATO-nun Rusiya ilə qarşıdurma üçün hərbi planlaşdırma, resurslar və infrastrukturun inkişaf etdirildiyi bir vaxtda Soyuq Müharibə dövründəki təhlükəsizlik sxemlərinə yekun və geridönməz qayıdışını göstərir", - diplomat qeyd edib.

Bundan əvvəl NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Kristofer Kavoli gələn həftə alyansın Almaniya, Polşa və Baltikyanı ölkələrdə baş tutacaq onilliklərin ən böyük hərbi təlimi olan "Stadfast Defender 2024"ə başlayacağını açıqlamışdı. NATO-nun bu tipli sonuncu təlimi 1988-ci ildə 125 mindən çox əsgərin iştirakı ilə baş tutub.