Rusiya Mərkəzi Bankı xaricə pul köçürmələri ilə bağlı məhdudiyyətləri 6 ay müddətinə uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Məlumata görə, bu məhdudiyyət 31 mart 2024-cü il tarixinədək uzadılıb.

Xatırladaq ki, sanksiyalara görə Rusiya ötən ilin mart ayından pul köçürmələrə müxtəlif məhdudiyyətlər tətbiq edib. Belə ki, Rusiya vətəndaşları və dost ölkələrdən olan qeyri-rezidentlər bir ay ərzində xaricə maksimum 1 milyon dollar məbləğində pul köçürə bilərlər.

 

Gözəl Həşimova