Rusiya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) sentyabrın 26-da “Şimal axını”nın pozulmasına dair iclasının keçirilməsini tələb edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

"Biz BMT Təhlükəsizlik Şurasının sentyabrın 26-da, "Şimal axını" partlayışının ildönümündə açıq iclasının keçirilməsini tələb etmişik", - diplomat özünün "Telegram" kanalında qeyd edib.