Rusiya Qəzzadan ruslar və fələstinlilərlə yanaşı, Ukrayna, Qırğızıstan, İsveç və Mərakeş vətəndaşlarını təxliyyə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Böhran İdarəetmə Mərkəzinin rəhbəri Yuri Qorlaç bildirib.

Onun sözlərinə görə, indiyədək Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysləri ilə Rəfah keçid məntəqəsindən 1125 nəfər gedib və gəlib.

 

Gözəl Həşimova